Gənclər günü

2 fevral tarixi hər il Azərbaycanda gənclər günü kimi qeyd edilir!

Bu gün hər kəsə məlumdur ki, 28 il öncə Azərbaycanda Ulu Öndər Heydər Əliyev dövlət gənclər siyasətinin əsasını qoymuşdur. Həmin ildə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində isə  ilk gənclərin 1-ci forumu keçirilmişdi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı.

Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını hər sahədə formalaşmasının şahidi olaruq. Gənclərimizin hərtərəfli inkişafına, cəmiyyətimizdə fəal iştirakını daha da müasirləşməsinə, stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam vermişdir. Gənclər Fondunun qarşısında yerli və beynəlxalq səviyyədə həyata keçirilən layihlər və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulmuşdu.

Ordu sıralarında olan oğullarımız, gənclərimiz 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin qətiyyətli və rəşadətli sayəsində əzəli doğma torpaqlarımızı erməni işğalından azad etdilər. 8 noyabr Şanlı-Zəfər Qələbənin qazanılması, torpaqlarımızın azadlığı uğrunda qəhrəman zabit, gizir və əsgərlərimizdən şəhidlərimizdə oldu, qazilərimizdə. Ölkəmizdə yüzlərlə oğullarımız  vətənpərvərlikləri ilə Azərbaycanın yeni, 8 noyabr Şanlı-Zəfər Qələbə salnaməsinə öz adlarını qızıl həriflərlə tarixə yazdılar.

Vəzifə borcunu Vətən uğrunda ləyaqətlə yerinə yetirmiş qəhrəmanlarımız Azərbaycan Respublikası Prezident Cənab İlham Əliyevin sərəncamlarına əsasən orden və medallara layiq görüldülər. Şəhidlərimizi ehtiramla anır və ruhları, bu tarixi izləri qarşısında baş əyir, ailələrinə və doğmalarına Allahdan səbr diləyirik!

Qazilərimizə isə uzun və sağlam ömür arzulayırıq!

Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün təhsil aldıqları məktəblərə, yaşadıqları ünvanlara adlarının verilməsi davam edir. Gələcəyimiz olan gənclərimizin tarixi izlərini yeni gənc nəsillərə öyrətmək bizlərin vətəndaşlıq borcumuzdur.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  İstanbulda  keçirilən VIII Zirvə görüşündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olunması münasibəti ilə ölkə gəncləri adından təbrik edirik. Bu gün, ölkə gəncləri qürurla  deyə bilərik ki, Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daima onun yanındadır.

Əziz gənclər bayramınız mübarək!

Genclergunu
Gələcəyimiz olan gənclərimizin tarixi izləri 5
Gənclər Gunu 2 fevral
Gələcəyimiz olan gənclərimizin tarixi izləri 6
Gənclər gunu 1
Gələcəyimiz olan gənclərimizin tarixi izləri 7

Azim MİRZƏLİYEV ∣ İsmayıllı rayonu

Milli MEDİA PLATFORMASI

Bu məqaləyə 2 şərh yazılıb;

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Milli Media Platforması