Seyidov Xalid Mirzəxan oglu2

Seyidov Xalid Mirzəxan oğlu 1964-cü ildə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuşdur.

1971-ci ildə Qalınçaq kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin onuncu sinifini bitirmişdir. 1982-1984-cü illərdə Sovet silahlı qüvvələrində qulluq etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca coğrafiya əlavə biologiya müəllimidir.

İnstitutda təhsil aldığı müddətdə 1986-1988-ci illərdə jurnalistika fakultəsində oxumuş və oranı bitirərək jurnalist ixtisası almışdır.

Yazdığı bir sıra silsilə şerilər, oçerq və məqalələri  Dağ çiçəklərində, Gənc müəllim qəzetində və Gənclik jurnalında “Mirduri” ləqəbi ilə çap olunmuşdur. O, tələbə ikən apardığı elmi işinin uğurlarına görə Təhsil Nazirliyinin, iki dəfə birinci dərəcəli diplomlarını və medalını almış, xarici ölkələrə ezam olmuşdur. O, əlaçı və fəal ictimaətçi olduğuna görə irəli çəkilərək İnstitutun Komsomol təşkilatının biro üzvü, Sovet İttifaqı Komunist Partiyasının üzvü, Komsomol Mərkəzi Komitəsinin Plenum üzvü seçilmişdir.

Xalid Seyidov hələ tələbə ikən 1987-1988-ci illərdə, o çətin anlarda ilk olaraq Heydər Əliyevçiliyi müdafiə edən öncüllərdən biri olmuşdur. Gizlin deyilki, o dövürdə Ulu Öndər Moskva şəhərində vəzifədən kənarlaşdırılan kimi, onun Bakıda qohumlarına və yaxınlarına təqib və təzyiqlər başlandı. Belə olan halda coğrafiya fakultəsinin ən fəal tələbələri, partiyaçılar bir araya gələrək hörmətli alim, qayğıkeş insan, tələbələrin daim yaxını olan sevimli Tofiq Gərayzadənin müdafiəsinə qalxdılar. Qalmaqal yaşansada haqq öz yerini tutdu. Xalid müəllimin sonrakə elmi fəaliyyətinə, 20 yanvar faciəsi böyük təsir göstərdi. O, 20 yanvar faciəsindən sonra elmi yaradıcılığını dayandıraraq öz doğma kəndinə döndü. Müəllim kimi ömrünü, gününü şagirdlərin bilik və bacarıqlara yiyələnməsinə həsr etdi.

Xalid müəllim 20 ildən artıqdır ki, məktəb rəhbəri kimi (1990-2000-ci illərdə direktor müavini və direktor əvəzi, 2000-ci ildən isə məktəb direktoru) fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbi 2005-ci ildən Maliyyə Müstəqili Pilot məktəbi kimi fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi məktəbin şagirdləri Respublikanın bir çox idman sahələrində iştirak edərək qalib olmuşlar. Hal-hazırda məktəbin şagird məzunları bir çox Ali məktəblərdə təhsil alırlar.

Təhsil alan tələbələrin adları:

1.Pirizadə Nərmin Namiq qızı-ADPU

2.Zəkiyeva Sevinc Zəka qızı-Bakı Qızlar Universiteti

3.Musayeva Sədəf Xəyyam qızı-Azərbaycan Tibb Universiteti

4.Mirzəyeva Əfsanə Abbas qızı -ADPU- Şamaxı filalı

5.Bədəlova Nuray Fərhad qızı- ADPU- Şamaxı filalı

6.Vəliyeva Lamiyyə Rövşən qızı- Bakı Qızlar Universiteti

7.Salmanova Aytən Abil qızı-BDU

8.Xasməmmədova Səliqə Yasin qızı- Bakı Qızlar Universiteti

9.İsbatova Rəhimə Hikmət qızı- Gəncə Dövlət Universiteti

10.Qəribova Aydan Elçin qızı- ADPU- Şamaxı filalı

11.Əzizova Rəksanə Vahid qızı- BDU

12.Nuriyeva Pərişan Maarif qızı- ADPU- Şamaxı filalı

13.Bədəlov Qəfər Polad oğlu-Polis Akademiyası

14.Əzizov Səyyad Urfan oğlu- Polis Akademiyası

15.İbadova Ülkər Nüsrət qızı- BDU

16.Abulova Səidə Varis qızı- ADPU

17.Musayeva Gülüstan Aftandil qızı- ADPU

18.Ağamalıyeva Ülviyyə Mahir qızı- Xəzər Universteti

19.Abdullayev Elgün Aqil oğlu-Azərbaycan Turizm və Menecment Universiteti

Xalid müəllim  Yeni Azərbaycan Partiyasının üzvü olmaqla anaşı, rayonda hörmətli icra hakimiyyəti başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti, nitqləri ilə bağlı Analitik informasiya mərkəzinə rəhbərlik edir. “Azərbaycan Valideyin-Müəllim Assosiyası” nın idarə heyətinin üzvüdür.O, vətənpərvər olmaqla yanaşı dövlətini və millətini sevən təsübkeş müəllimdir.Məktəbin ictimai əlaqələri son illər daha da genişlənir.

Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qətiyyətli və rəşadətli sayəsində əzəli doğma torpaqlarımızı erməni işğalından azad etdilər. 8 noyabr Şanlı-Zəfər Qələbənin qazanılması, torpaqlarımızın azadlığı uğrunda qəhrəman zabit, gizir və əsgərlərimizdən şəhidlərimizdə oldu, qazilərimizdə. Ölkəmizdə yüzlərlə oğullarımız  vətənpərvərlikləri ilə Azərbaycanın yeni, 8 noyabr Şanlı-Zəfər Qələbə salnaməsinə öz adlarını qızıl həriflərlə tarixə yazdılar.İsmayıllı rayon Qalınçaq kəndində “Müqəddəs şəhid” adını qazanmış unudulmayan  Qarayev Zaman Bağı oğlu 1970-1992,  Məmmədov Vəkil Murad oğlu 1955-1994, Həsənov Elburus Şıxı oğlu 1974-1994,  Hacıyev Mayıl Tofiq oğlu 1987-2007, Nəcəfov Fuad Taleh oğlu 1990-2020, Rəcəbalıyev Tural Həmid oğlu 1990-2020 şəhidlərimizin anım günü mütəmadi qeyd olunur. Adı çəkilən şəhidlərimizin il dönümündə  İsmayıllı rayon İcra Hakimiyyəti nümayəndələri,Qalınçaq kənd icra nümayəndəliyi, Təhsil işçiləri və kənd ictimayyətidə iştirak edirlər. Şəhidlərimizi ehtiramla anır və ruhları, bu tarixi izləri qarşısında baş əyir, ailələrinə və doğmalarına Allahdan səbr diləyirik!

Qazilərimizə isə uzun və sağlam ömür arzulayırıq! Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirməklə yanaşı,  gələcəyimiz olan  yeni gənc nəsillərə şəhidlərimiz haqqında biliklər öyrətmək, bizlərin vətəndaşlıq borcumuzdur.

Milli Media Platforması • Azim Mirzəliyev • İsmayıllı rayonu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Milli Media Platforması