MİLLİ MEDİA PLATFORMASI

Biz kimik?

Biz bir neçə media qurumu və ayrı-ayrılıqda media nümayəndəsi olaraq Milli Media Platformasını təsis etməkdə məqsədimiz ölkəmizdə fəaliyyət göstərən  jurnalistləri həmrəy olmağa çağırmaqdır .

 

Bizi izləyin
Youtube Kanalımız

Jurnalist həmrəyliyi

Həmrəylik hər bir məsələdə vacib amillərdən biridir. 
Media hər bir ölkənin həyatında əhəmiyyətli rola malik olduğu üçün reallıqların təbliği, qərəzssizlik və dürüstlük mətbuatın üzərinə düşən əsas missiyalardan biridir. 

Bu gün ölkədə baş verən hadisələrə jurnalist yanaşması çox önəmli məsələlərdən biridir. İnformasiya texnologiyalarının inkişafı informasiyanın sürətlə yayılmasına gətirib çıxardığı üçün hər bir jurnalistin ölkə haqqında yazdığı informasiya və ya hadisələrə verdiyi şərh bütün dünya tərəfindən oxunur. Biz media olaraq 44 günlük müharibə dövründə həmrəylik nümayiş etdirərək bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırdığımız kimi indidən sonra da  həmrəylik nümayiş etdirərək ölkəmizin inkişafına dəstək olmalıyıq.

Bu gün ölkəmizdəki söz azadlığı, Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda müasir, rəqəmsal, müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına səbəb olub. 

Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.

Əziz həmkarlar güc birlikdədir, gəlin yumuruq olaq, bir yerə vuraq çünki biz hamımız Azərbaycan respublikasının vətəndaşıyıq və ölkəmizə xidmət edirik!

Milli Media Platforması