Rəqəmsal Media

Ənənəvi mediadan rəqəmsal mediaya keçid mediada SEO tələblərini artırıb.

İlk vebinar 17 dekabr tarixində, Zoom proqramı üzərindən baş tutub. Təlimdə 30-a yaxın media nümayəndəsi və media sahəsinə marağı olan şəxslər iştirak ediblər.

Vebinarda SEO üzrə araşdırmaçı Teymur Əzizov iştirakçılara media üçün hədəf auditoriyanın seçilməsi haqqında danışıb. Təlim zamanı yeni auditoriyanın xüsusiyyətləri, hədəf auditoriyanın cəlb olunması, axtarış sistemlərinin iş prinsipləri haqqında müzakirələr aparılıb.

Mi-News saytına daxil olan məlumata görə təlimlər 2022-ci ilin fevral ayına kimi davam edəcək. Təlim proqramına əsasən iştirakçılar, axtarış sistemlərinin iş prinsipləri, xəbər yazarkən SEO strategiyasının qurulması, öz medialarına hədəf auditoriyanın cəlb olunmasını öyrənəcəklər.

Təlimlər zamanı fərqlənən 10 media nümayəndəsi və ya şəxsi bloqu olan iştirakçıların sayt və bloqlarında ödənişsiz olaraq SEO strukturu qurulacaq.

Təlimi müvəffəqiyyətlə bitirən bütün iştirakçılara İDEAL Tədris Mərkəzi və Milli Media Platformasının sertifikatı təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Milli Media Platforması