Milli qəhrəman Şakir Salahov

Doğmaları əvvəlcə Bərdə Şəhidlər xiyabanında milli qəhrəman və onunla birgə şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər. Salahov Şakir Şamil oğlu 1966-cı ilin iyun ayının 15-də Xocalı rayonunun Cəmilli kəndində doğulub.

Şakir doğma kəndində orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Hərbi xidmətini müvəffə­qiyyətlə başa vurduqdan sonra isə Xankəndi şəhər Daxili İşlər idarəsinin mühafizə şöbəsinə işə qəbul edilib. O, həmçinin Pedaqoji Universitetin Şuşa filialının qiyabi şöbəsinə ali təhsildə alıb. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən – Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçirlər. Həmin döyüşdə Şakir bir neçə erməni quldurunu məhv edir. 1992-ci ilin yanvar ayının 28-də Şuşanın müdafiəsinə gedərkən Ağdam – Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulur. Həlak olan 41 nəfər içərisində Şakir Salahov və onunla bərabər 4 polis əməkdaşı da şəhid olur.

Qeyd edək ki, Salahov Şakir Şamil oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 26 yaşında şəhidlik zirvəsinə ucalan Xocalı sakini idi və subay olub.

Daha ətraflı videolardan izləyə bilərsiniz.

Esmira Hidayətova, Bərdə-Goranboy.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Milli Media Platforması