Zaur Kərimli - tarix müəllimi

Bu gün Azərbaycan məktəbi haqqında geniş ictimaiyyət arasında müxtəlif fikirlər səslənir. Son günlər bir çox məktəblərdə baş verən xoşagəlməz hadisələr vəziyyətin daha kritik olduğunu göstərir. Yaxşı və pis məktəb, güclü və zəif müəllim anlayışları, məktəb direktorlarının susqunluğu bütün hallarda müasir təhsilimizin səviyyəsinin göstəricisi kimi çıxış edir. Hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox narahatlıq doğurur. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Bu və ya digər təhsildə baş verən xöşagəlməz halların baş vermə səbəbilə Mingəçevir Texniki  Humanitar  liseyin tarix müəllimi Zaur Kərimli ilə həmsöhbət olduq.  Zaur müəllimlə həmsöhbət olmağımızın məqsədi təhsil sahəsində gedən bütün proseslərdən xəbərdar olan bir müəllim kimi ona müraciət etmişik.

Zaur Kərimli
Zaur Kərimli – Mingəçevir Texniki  Humanitar  liseyin tarix müəllimi

-Zaur müəllim, bu gün təhsil sistemində nə, necə dəyişməlidir?

Sualımıza Zaur müəllim cavab olaraq bildirdi ki, bu gün sosial şəbəkələrdə hamının izlədiyi və gördüyü orta məktəblərdə olan neqativ hadisələrin işıqlandırılması və həmin hadisələrə verilən rəylərə münasibətlərə bir müəllim kimi məni də narahat edir və mən də öz münasibətimi bildirmək istəyirəm:

”Məktəblərdə niyə bu prosesslər başladı?, niyə müəllimlərin belə demək mümkünsə ictimayyətin içərisində nufuzu aşağı düşməyə başladı. Bunun ilkin variantı və kökü təhsil islahatı keçirilərkən bəzi məqamların üstündən bir növ nazirlik keçdi. Burda da əsas məqsəd nədir, əsas məqsəd həmişə nazirlik Mikayıl Cabbarovdan başlayaraq məktəb, valideyin, şagird üç bucağından danışılır. Bu üçbucağın əməkdaşlığından danışılsada bu mexanizmin nazirlik tərəfindən qoyulmur. Hamı sovet dövründəki müəllimin hörmətindən, cəmiyyət arasındakı nüfuzundan danışır və hal –hazırda o nufuzdan əsər-əlamət qalmayıb”.

-Bəs bunun əsas səbəbi nədir?

-Vaxtı ilə olan müəllim hörmətinin aşağı düşməsinin birinci növbədə səbəbi valideyinlərin məktəbdən uzaq düşməsidir. Artıq orta məktəblərə sözün həqiqi mənasında təhsilə “formal” baxırlar. Sovetlər birliyi dağıldıqdan sonra bu “formal”izm get-gedə dərinləşdi və bu gün valideyinlər sadəcə olaraq məktəbə bir attestat verən idarə kimi baxır. Bunun da kökü burdadı ki, təhsil nazirliyi bəzi islahatlar keçirdi,(təmayülləşmə, diaqnostik qiymətləndirmə) amma bir məqam var ki, şagirdi məktəbə gətirən valideyindi, müəllimin yanında uzağı 7-8 saat olan şagird günün qalan hissəsini valideyin yanında olur. Təsəvvür edin ki, bir müəllim müxtəlif xarakterli şagirdlərə dərs deyir. Mən bir müəllim kimi demək istəyirəm ki, həmin müxtəlif xarakterli şagirdlərə eyni münasibət bəsləmək olmaz (düzdü müəllimdə də var). Yaxşı olardı ki, təhsil nazirliyi islahatlarını dərinləşdirsin və tamamlasın”.

–Tamamlama deyəndə nəyi nəzərdə tutursuz?

-Qeyd edə bilərəm ki, valideyin məktəbə uşağını gətirərkən əvvəlcə onu bildirim ki, yaxşı olardı məktəblər  muxtariyyət olsun və belə olsaydı mənim birinci təklifim budur ki, valideyinlər məktbdə müqavilə bağlamalıdır və müqavilənin şərtlərini hər iki tərəf oxumalıdır və ona əməl olunmalıdır. Müqavilənin təlblərinə əməl edilməsə qarşı tərəf tədbirlərini görməlidir. Özü də sərt şəkildə. Biz ancaq uşaqların hüquqlarından danışırıq valideyin ancaq öz uşağının hüququndan danışır, nə özünün nə də öz uşağının vəzifəsindən danışmır. Digər bir səbəb direktorlara  müəyyən səlahiyyətlər verilməlidir, bunlar nədən ibarətir, bu gün diaqnostik qiymətləndirmədən yüksək bal toplayan müəllim nazirlik tərəfindən verilən suallara əsasən bal toplayır. Onun sinifə daxil olub dərs keçməyini məktəbin rəhbərliyi bilir. Ya təhsil şöbəsinin, ya da direktorun elə bir səlahiyyəti yoxdur ki, belə müəllimi işdən kənarlaşdırsın. Müəllim sinifi təşkil edə bilmir, direktor nə qədər buna tövsiyə versin, necə olur ki, iş böyüyəndə nazirlik töhmət verə bilir, işdən azad edir amma bu səlahiyyət direktorda yoxdur. Qarşılıqlı olmalıdır. Mən deyərdim ki, bu nə valideyinin, nə müəllimin problemi deyil mexanizm təhsil nazirliyi tərəfindən tamlıqla işlədilməyib. Birinci növbədə valideyin uşağını müqavilə yolu ilə məktəbə gətirməlidir və müqaviləni pozarsa direktorun tam ixtiyarı var ki, həmin şagird haqqında ciddi tədbir görsün”.

Mingəçevir Texniki  Humanitar liseyin tarix müəllimi Zaur Kərimli ilə söhbət zamanı
Mingəçevir Texniki  Humanitar liseyin tarix müəllimi Zaur Kərimli ilə söhbət zamanı

Maraqlıdır, ciddi tədbir nədən ibarət olmalıdır?

-Bu tədbir indiki kimi sinifdən sinifə çıxarmaq tədbir deyil, bu sadəcə olaraq bir növ aldadıcıdır. Həmin uşaq gedib başqa sinfi bu vəziyyətə salacaq. Və yaxudda müəllim dərs keçə bilmir, sinfi təşkil edə bilmir olsun ki, onun 50-60 balı var, amma müasir tələblərə uyğun dərs keçə bilmirsə, köhnə qayda ilə oturursa və müəllim 15-20 dəqiqəni yola verirsə bəli, o uşaq belə olacaq. İslahatların tam keçirilməməsidə bu vəziyətə gətirib çıxarır”.

Bəs nəyə görə bu neqativ hallar işıqalndırılır və başqa sahələrdə problemlər bu dərəcədə  işıqlandırılmır?

-Bu o demək deyil ki, başqa sahələrdə həmin problemlər yoxdur. Səbəbi odur ki, artıq valideyinlər müəllimlərin tabe olduğu nazirliyi çox gözəl bilirlər. Bilirlər ki, həmin bu məsələni işıqlandırsa həmin nazirlik həmin rəhbərliyə töhmət verib ondan sonra araşdırır. Yaxşı olar ki, 1-2 ay keçsədə tam araşdırılsın. Bu artıq uşaqların və valideyinlərin əlində bir silah olub. Şagirdləri müdafiə etmək, gələcəkdə şəxsiyyət kimi yetişdirmək bizim borcumuzdur. Bizə də nazirlik kömək etməlidir. Mən açıq deyəcəm uşaqların valideyinlər 4-cü sinfə qədər valideyin olurlar. Bir də yuxarı sinfdə ayılırlar ki, valideyinik. Valideyin övladına bütün şəraiti yaradır ki, övladı oxusun. Onu da deyim ki, valideyinlər bir az tənbəlləşiblər və bütün təlim-tərbiyəni də məktəbin üzərinə yıxırlar. Əgər uşaq birinci sinfdən 11-ci sinfə qədər hazırlığa gedirsə uşağın evdə, həyətdə enerjisi itmir. Uşaq həmin enerjini itirmirsə deməli bunu məktəbdə edir. Bir məqam da var ki, məktəbdə də müəllimlər iqtisadi problemlərinə görə məktəbə ögey münasibət bəsləyirlər. Məktəbə sanki işə gedib-gəlmək kimi baxırlar. Amma əvvəllər məktəbə gedirik deyirdik. Bunun da bir səbəbi odur ki, artıq hamımız bazar iqtisadiyyatına keçmişik”.

    Sadalanan problemlərə mən pandemiyanı və məktəbin reytinq cədvəlinin səbəb olduğunu vurğulamaq istəyirəm:

”Gəlin görək, təhsilin keyfiyyətə qədər məktəbin reytinq cədvəlindəki mövqeyinə təsir edəcək amillər hansılardır? Məktəbə gəlməyən uşaq necə parta arxasında otura bilər. İki ildir pandemiya şəraiti də buna səbəb oldu artıq uşaqlar sanki evdə aqresivləşib. Digəri isə həmin uşaqların çoxsu fikirləşir ki, mən 3 qrupa və ya digərləri mənə kimya lazım deyil və yaxud… Bax, bəla burdan başlayır. Uşaq coğrafi xəritədə dövlətlərin yerini göstərə bilmir. Hətta şagird Hindistanla Afrikanın yerini dəyişik deyir. Ona görə ki, uşaq məktəbə gəlmir. Bunun da bir çox səbəbləri var. Məsələn, məktəblərin reytinqi üçün təhsil nazirliyinin qoyduğu tələb buna gətirib çıxarır. Bundan sonra nazirliyin məndən xoşu gəlmiyə bilər. Mən açıq deyirəm. Biz bu gün nə direktorun üstünə düşə bilmərik nə valideyinin. Bir də onu vurğulamaq istərdim ki, işləyənlə işləməyən arasında fərq qoysunlar. Bu da bilmirəm sertifikasiyadan sonra olacaq ya olmayacaq. Loru dildə desək şorla yağın qiyməti eynidirsə bu bazardan nə gözləyə bilərik. Bu problemi çox uzada bilərəm. Amma….

Söhbətləşdi; Esmira Hidayətova.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Milli Media Platforması